İsrail səfiri Bakıda müalicə alan qazilərlə görüşüb

İsrail səfiri Bakıda müalicə alan qazilərlə görüşüb İsraildən gəlmiş həkimlər qrupu indiyədək 100-dən çox Vətən müharibəsi qazisinin müalicəsinə kömək olublar
Xarici siyasət
100
4 Mart , 2021 13:25
İsrail səfiri Bakıda müalicə alan qazilərlə görüşüb

İsraildən gəlmiş həkimlər qrupu indiyədək 100-dən çox Vətən müharibəsi qazisinin müalicəsinə kömək olublar.

“Report”a bu barədə İsrail səfirliyindən bildiriblər.

İsrailin Azərbaycandakı səfiri Corc Dik (George Deek) Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gələrək burada müalicə olunan qazilərimizə baş çəkib.

“Bu, İsraillə Azərbaycan arasında dostluğun ruhundan irəli gəlir. Bu insanlara sağlamlıqlarını, özlərinə inamı, vətənləri Azərbaycanda gözəl, normal, ləyaqətli həyata geri dönmək qabiliyyətini bərpa etməyə kömək etmək istəyirik”, – səfirliyin “Twitter” səhifəsində qeyd olunur.

“Əslində, şokolad həvəskarı deyiləm, amma bu “Snickers” nə vaxtsa aldığım hədiyyələr arasında ən dəyərlisindən biridir. Arif müharibədə görmə qabiliyyətini itirmişdi, amma israilli həkimlərin keçirdiyi əməliyyatdan sonra sağaldı. Bu “Snickers” də Arifin təşəkkürünü bildirmək vasitəsi oldu”, – səfir “Twitter”də yazaraq qazi ilə çəkdirdiyi şəkili paylaşıb.

Son xəbərlər

Orphus sistemi