Corc Dik: "Heç bir üçüncü dövlət İsrail-Azərbaycan münasibətlərinə mane ola bilməz"

Corc Dik: "Heç bir üçüncü dövlət İsrail-Azərbaycan münasibətlərinə mane ola bilməz" “Biz İsrail-Azərbaycan münasibətlərinin inkişafını və çiçəklənməsini görməkdən məmnunuq”.
Xarici siyasət
26 Oktyabr , 2021 14:15
Corc Dik: Heç bir üçüncü dövlət İsrail-Azərbaycan münasibətlərinə mane ola bilməz
Corc Dik

“Biz İsrail-Azərbaycan münasibətlərinin inkişafını və çiçəklənməsini görməkdən məmnunuq”.

“Report” xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviter səhifəsində yazıb.

“Biz üçüncü qüvvələri nəzərə almadan tərəfdaşlığımızı daha da gücləndirmək niyyətindəyik”, - diplomat qeyd edib.

C.Dik Bakıda keçirilən "Rebuild Karabakh" sərgisində İsrail şirkətlərinin istehsal etdiyi müxtəlif texnologiyaların nümayiş olunduğunu bildirib, bunu İsrail və Azərbaycan arasında dostluq münasibətlərini rəmzi adlandırıb: "Biz bu dostluğu dəyərləndiririk və gün keçdikcə artmasından məmnunluq duyuruq. Heç bir üçüncü dövlət, heç kim bizim münasibətlərimizə nə qarışa, nə də mane ola bilər. Əməkdaşlığımızın gələcəyinin parlaq olacağına və İsraillə Azərbaycan arasında daha çox iş birliyi görəcəyimə ümid edirəm".

Son xəbərlər

Orphus sistemi