Yuxarı
    Bağlamaq

    ISESCO-nun baş direktoru Mehriban Əliyevanı təbrik edib

    Ulu Tanrıdan dəyərli ölkənizə xidmət üçün şərəfli vəzifənizin yerinə yetirilməsində Sizə uğurlar diləyirəm

    Bakı. 7 mart. REPORT.AZ/ ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

    “Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

    “Hörmətli Mehriban xanım Əliyeva.

    Ölkənizin ümummilli məsələlərinin irəliləməsi və Azərbaycan cəmiyyətinin inkişafı naminə böyük səylərinizin Zati-aliləri Prezident İlham Əliyev tərəfindən dəyərləndirilərək Birinci vitse-prezident vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi təbrik etməkdən şərəf və məmnunluq duyuram. Sizin bariz keyfiyyətləriniz, güclü qabiliyyətiniz və zəngin təcrübəniz üzərinizə düşən vəzifələrin layiqincə və tam şəkildə yerinə yetirilməsinə imkan vermiş və həqiqətən Azərbaycan xalqının yüksək rəğbətini və ehtiramını qazandırmışdır.

    Ulu Tanrıdan dəyərli ölkənizə xidmət üçün şərəfli vəzifənizin yerinə yetirilməsində Sizə uğurlar diləyirəm.

    Zati-aliləri Birinci vitse-prezident, mənim dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi