İran rəhbərliyi Vətən müharibəsindəki qələbə münasibətilə Azərbaycanı təbrik edib

İran rəhbərliyi Vətən müharibəsindəki qələbə münasibətilə Azərbaycanı təbrik edib Səfir iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf etməsinin regional təhlükəsizliyin təmin olunmasında vacib amil olduğunu qeyd edib.
Xarici siyasət
14 Yanvar , 2021 15:13
İran rəhbərliyi Vətən müharibəsindəki qələbə münasibətilə Azərbaycanı təbrik edib
Seyid Abbas Musəvi

İranın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Vətən müharibəsində qazanılan qələbə münasibətilə ölkəsi adından Azərbaycan xalqını və dövlətini təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

S.A.Musəvi dost ölkə olan Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu, iki ölkə arasında əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Səfir iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf etməsinin regional təhlükəsizliyin təmin olunmasında vacib amil olduğunu qeyd edib.

Qeyd edək ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 14-də İranın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi