Yuxarı

​İran XİN departamentinin baş direktoru Bakıya gələcək

Tərəflər arasında Azərbaycanda cəza çəkən İran vətəndaşlarının qarşı tərəfə verilməsi məsələsi müzakirə olunacaq

Bakı. 17 dekabr. REPORT.AZ/ İran Xarici İşlər Nazirliyinin (XİN) Xaricdə olan İran vətəndaşlarının məsələləri üzrə departamentinin baş direktoru Kazım Səccadi dekabrın 22-də Azərbaycana səfərə gələcək.

Bu barədə "Report"a İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin məlumat verib.

Səfər zamanı K.Səccadi Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin nümayəndələri və digər rəsmi şəxslərlə görüşəcək. Həmçinin o, Azərbaycandakı cəzaçəkmə müəssisələrində olan İran vətəndaşlarının cəzalarını öz ölkələrində çəkməsi məsələsini müzakirə edəcək.

Qeyd edək ki, bu məsələ ilə bağlı dekabrın 14-də Azərbaycana İran ədliyyə nazirinin müşaviri Şəxrux Hidayəti gəlməli idi. Lakin müəyyən səbəblərə görə, səfər təxirə salınıb.

Hazırda Azərbaycan həbsxanalarında 130-a yaxın İran vətəndaşı cəza çəkir. Onların çoxu narkotiklərin satışı və daşınmasında ittiham olunur. Həmçinin İran həbsxanalarında 15-ə yaxın Azərbaycan vətəndaşı cəza çəkir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi