Gürcüstanın yeni baş naziri Azərbaycana səfər edəcək

Gürcüstanın yeni baş naziri Azərbaycana səfər edəcək “İlk səfərlərimdən biri yaxın və dost ölkəmiz Azərbaycana olacaq”
Xarici siyasət
514
22 Fevral , 2021 14:21
Gürcüstanın yeni baş naziri Azərbaycana səfər edəcək
İrakli Qaribaşvili
0 : 00
0 : 00

“İlk səfərlərimdən biri yaxın və dost ölkəmiz Azərbaycana olacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili parlamentdə çıxışında deyib.

O, Azərbaycanın Gürcüstanın strateji tərəfdaşı olduğunu bildirib: “Azərbaycanı müdrik rəhbəri cənab İlham Əliyevlə çox yaxşı münasibətlərim var”.

İ.Qaribaşvili Azərbaycanla sərhədlə bağlı danışıqlar aparacağını söyləyib: “İnanıram ki, cənab İlham Əliyev və dost Azərbaycanla birgə dialoq aparıb məntiqli qərar qəbul edəcəyik”.

Son xəbərlər

Orphus sistemi