Baş katib: "İnsan alverinə məruz qalanların yarıdan çoxunu miqrantlar təşkil edir"

Baş katib: "İnsan alverinə məruz qalanların yarıdan çoxunu miqrantlar təşkil edir" BMT-nin Baş katibi Antonio Quterreş 30 iyul İnsan alverinə qarşı beynəlxalq mübarizə günü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib.
Xarici siyasət
163
30 İyul , 2021 12:45
Baş katib: İnsan alverinə məruz qalanların yarıdan çoxunu miqrantlar təşkil edir
Antonio Quterreş

BMT-nin Baş katibi Antonio Quterreş 30 iyul İnsan alverinə qarşı beynəlxalq mübarizə günü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib.

"Report" müraciət mətnini təqdim edir:

"Qlobal pandemiyanın artan bərabərsizlik və iqtisadi dağıntılarla müşayiət olunduğu bir vaxtda insan alverindən xilas olan və onun qurbanı olmuş insanların səsləri eşidilməmək təhlükəsi ilə üzləşib. Halbuki məhz indi onların hekayələrini dinləmək hər zaman olduğundan daha vacibdir. Çünki COVİD-19 böhranı hələ də həssaslıq və çarəsizlikləri artırmaqdadır. 124 milyondan çox insan pandemiya nəticəsində kəskin yoxsulluq səviyyəsinə düşüb. Milyonlar isə insan alveri qurbanı olmaq təhlükəsi ilə üzləşir.

Uşaqlar böyük və artan risk altındadır: onlar qlobal səviyyədə insan alveri qurbanlarının üçdə birini təşkil edir – bu isə son 15 il ərzində bu rəqəmin üç dəfə artması deməkdir. Azgəlirli ölkələrdə qurbanların yarısı məhz uşaqlardır. Onların əksəriyyəti icbari əməyə cəlb olunur. Cinayətkarlar hər yerdə həssas əhali qruplarını müəyyənləşdirmək, onları nəzarət altında saxlamaq və istismar etmək üçün müxtəlif texnologiyalardan istifadə edirlər. Uşaqların onlayn platformalar vasitəsilə cinsi istismar, məcburi evlilik və digər məqsədlər üçün hədəfə çevrilməsi halları artmaqdadır.

Qadın və qızların cinsi istismar məqsədi ilə alveri ümumilikdə insan alverinin ən geniş yayılmış və mənfur formalarından biri olaraq qalmaqdadır. Əksər bölgələrdə bu şəkildə insan alverinə məruz qalanların yarıdan çoxunu miqrantlar təşkil edir. Hökumətlər qabaqlayıcı tədbirlərini gücləndirmək, zərərçəkmişləri dəstəkləmək və günahkarları ədalət mühakiməsinə cəlb etmək üçün təcili addımlar atmalıdır. Buna BMT-nin transmilli mütəşəkkil cinayətkarlığa qarşı konvensiyası və onun insan alverinin qarşısının alınması, dayandırılması və cəzalandırılması protokolunun icrası daxildir.

Səylərimiz zamanı insan alverindən zərər çəkmiş insanların təcrübəsindən yararlanmalıyıq. Onların töhfəsi risk faktorları və formalarını aradan qaldırmaq, qurbanları müəyyən etmək və qorumaq, habelə onlara ədalət mühakiməsinə çıxışı və normal həyata qayıtmaq imkanlarını təmin etməklə yanaşı, istismarçıları məsuliyyətə cəlb etmək üçün olduqca vacibdir. BMT insan alveri qurbanlarını dinləyib səslərinə səs verməklə, hüquq və ləyaqətlərini təmin etməklə, hekayələrini yayaraq insan alverinə qarşı mübarizədə onlardan öyrənməklə bu dəhşətli cinayətin qarşısının almaq və ona son qoymaq məqsədinə sadiqdir".

Son xəbərlər

Orphus sistemi