İlham Əliyev Yunanıstanın keçmiş Prezidentinin vəfatı ilə bağlı başsağlığı verib

İlham Əliyev Yunanıstanın keçmiş Prezidentinin vəfatı ilə bağlı başsağlığı verib Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti xanım Katerina Sakellaropuluya başsağlığı məktubu göndərib.
Xarici siyasət
27 dekabr 2021 11:35
İlham Əliyev Yunanıstanın keçmiş Prezidentinin vəfatı ilə bağlı başsağlığı verib
İlham Əliyev

Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropuluya başsağlığı məktubu göndərib.

"Report" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Yunanıstan Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Karolos Papulyasın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Karolos Papulyasın Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirir, onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, mərhumun ailəsinə və bütün Yunanıstan xalqına dərin hüznlə başsağlığı verirəm".

Son xəbərlər

Orphus sistemi