İlham Əliyev: "Yaxın günlərdə Putinlə telefon söhbətimiz olub..."

İlham Əliyev: "Yaxın günlərdə Putinlə telefon söhbətimiz olub..." "Ordu Oyunlarının təşəbbüskarı Rusiyadır və əsas yarışlar da Rusiya ərazisində keçirilir. Bizim tankçılar tank biatlonunda iştirak edirlər. Bu, görüşmək və hərbi sahədə əməkdaşlığımızın perspektivi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparmaq üçün
Xarici siyasət
25 Avqust , 2020 16:11
İlham Əliyev: Yaxın günlərdə Putinlə telefon söhbətimiz olub...

"Ordu Oyunlarının təşəbbüskarı Rusiyadır və əsas yarışlar da Rusiya ərazisində keçirilir. Bizim tankçılar tank biatlonunda iştirak edirlər. Bu, görüşmək və hərbi sahədə əməkdaşlığımızın perspektivi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparmaq üçün yaxşı imkandır. Bu məsələlər bizim dövlətlərarası münasibətlərimizin çox geniş gündəliyinin tərkib hissəsidir".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

"Lap yaxın günlərdə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin ilə telefon söhbətimiz olub. Söhbət zamanı biz regional təhlükəsizliklə, regional problemlərlə bağlı məsələləri müzakirə etdik. Sabah Azərbaycanın Xarici İşlər nazirinin Rusiya Federasiyasına rəsmi səfəri başlanır. Əminəm ki, xarici siyasət idarələrinin rəhbərləri arasında aparılacaq müzakirələr faydalı olacaq. Onlar münasibətlərimizdə yaranmış dinamikanı, habelə əlaqələrimizin inkişaf perspektivlərini müzakirə edəcəklər. Bir sözlə, dialoq gedir və şadam ki, siz yenə bizə gəlmisiniz. Azərbaycanda vaxtınızın xoş keçməsini arzu edirəm", - dövlət başçısı əlavə edib.

Son xəbərlər

Orphus sistemi