İlham Əliyev Vladimir Putinə başsağlığı verib

İlham Əliyev Vladimir Putinə başsağlığı verib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.
Xarici siyasət
15 avqust 2023 08:12
İlham Əliyev Vladimir Putinə başsağlığı verib
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Hörmətli Vladimir Vladimiroviç,

Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı barədə xəbərdən çox kədərləndim.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanlara şəfa diləyirəm".

Son xəbərlər

Orphus sistemi