Azərbaycan və Türkiyə prezidentlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb

Azərbaycan və Türkiyə prezidentlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb V İslam Həmrəyliyi Oyunları çərçivəsində Türkiyənin Konya şəhərində səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçiriləcək.
Xarici siyasət
9 Avqust , 2022 17:57
Azərbaycan və Türkiyə prezidentlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan

Bu gün Türkiyənin Konya şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçiriləcək.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, iki ölkə liderlərinin görüş zamanı Ermənistanın Qarabağda törətdiyi son təxribatları və buna cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatını ətraflı şəkildə müzakirə edəcəkləri gözlənilir.

Dövlət başçıları tərəfindən həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün aparılan danışıqlardakı son durum, enerji təhlükəsizliyi və digər vacib məsələlərin müzakirə olunacağı bildirilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyənin Konya şəhərində işgüzar səfərdədir.  

Son xəbərlər

Orphus sistemi