İlham Əliyev: "Türkdilli dövlətlər bizim üçün qardaş ölkələrdir "

İlham Əliyev: "Türkdilli dövlətlər bizim üçün qardaş ölkələrdir " "Bizim İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrlə də münasibətlərimiz çox yaxşıdır. Azərbaycan müsəlman aləminin bir parçasıdır və beynəlxalq təşkilatlarda biz tərəfdən ən çox dəstək alan ölkələr müsəlman ölkələridir və bizə də müsəlman ölkələrindən
Xarici siyasət
397
16 İyul , 2020 16:39
İlham Əliyev: Türkdilli dövlətlər bizim üçün qardaş ölkələrdir
İlham Əliyev

"Bizim İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrlə də münasibətlərimiz çox yaxşıdır. Azərbaycan müsəlman aləminin bir parçasıdır və beynəlxalq təşkilatlarda biz tərəfdən ən çox dəstək alan ölkələr müsəlman ölkələridir və bizə də müsəlman ölkələrindən ən çox dəstək gəlir. Bu yaxınlarda Ermənistanın növbəti hərbi təxribatı ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı bəyanatla çıxış edib, Azərbaycanın haqlı mövqeyini müdafiə edib və biz bunu yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatının xətti ilə Azərbaycanda bir çox tədbirlər keçirilmişdir. Mən bir çox Zirvə görüşlərində iştirak etmişəm, həmişə öz çıxışlarımda və öz fəaliyyətimdə İslam aləmində əməkdaşlığın, həmrəyliyin inkişafına fikir vermişəm, səylər göstərmişəm. Bəzi müsəlman ölkələri arasında mövcud olan ixtilafların yumşaldılması, ya da ki, aradan qaldırılması üçün Azərbaycan öz səylərini əsirgəmir və bəzi hallarda bu səylər yaxşı nəticələrə gətirib çıxarır. Çünki, ilk növbədə, müsəlman aləmində həmrəylik olmalıdır ki, biz ənənəvi dostlarımızla öz gələcəyimizi sağlam zəmində qura bilək".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.

"Türkdilli dövlətlər bizim üçün qardaş ölkələrdir və bütün türkdilli dövlətlərlə çox gözəl münasibətlərimiz var. Bildiyiniz kimi, hazırda Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edir. Onu da bildirməliyəm ki, türkdilli ölkələrin Zirvə görüşləri uzun illərdir keçirilir. Azərbaycan və digər postsovet ölkələri müstəqilliyə qovuşduqdan sonra dərhal belə Zirvə görüşləri keçirilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təşkilat olaraq Naxçıvan şəhərində yaradılıbdır. Azərbaycanda, Naxçıvan şəhərində keçirilmiş Zirvə görüşlərinin birində belə bir təşkilat yarandı və hazırda təşkilat öz potensialını gücləndirir. Onu da bildirməliyəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da bu yaxınlarda baş vermiş sərhəd münaqişəsi ilə bağlı Azərbaycanı dəstəkləyən açıqlama yaymışdır", - dövlət başçısı əlavə edib.