Prezident İlham Əliyev Si Cinpinə başsağlığı verib

Prezident İlham Əliyev Si Cinpinə başsağlığı verib Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib.
Xarici siyasət
21 Mart , 2022 19:46
Prezident İlham Əliyev Si Cinpinə başsağlığı verib
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib.

"Report"un məlumatına görə, başsağlığıda deyilir:

"Hörmətli cənab Sədr,

Çinin cənubunda “China Eastern Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Son xəbərlər

Orphus sistemi