İlham Əliyev: "Şadam ki, “ASAN xidmət” modeli artıq Əfqanıstanda tətbiq edilir"

İlham Əliyev: "Şadam ki, “ASAN xidmət” modeli artıq Əfqanıstanda tətbiq edilir" “Ölkələrimiz arasında münasibətlərin sürətli inkişafı dialoqumuzun intensivləşdirilməsinə dair hər iki tərəfin güclü niyyətini nümayiş etdirir”.
Xarici siyasət
376
17 Dekabr , 2020 14:28
İlham Əliyev: Şadam ki, “ASAN xidmət” modeli artıq Əfqanıstanda tətbiq edilir
İlham Əliyev

“Biz dostluq və tərəfdaşlığımızı yüksək qiymətləndiririk. Deyə bilərəm ki, ölkələrimiz arasında münasibətlərin sürətli inkişafı dialoqumuzun intensivləşdirilməsinə dair hər iki tərəfin güclü niyyətini nümayiş etdirir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhunun etimadnaməsini qəbul edərkən deyib.

“Sizin mənim Prezident Qani ilə görüşlərim haqqında məlumatınız var. Biz onunla Azərbaycanda, xarici ölkələrdə, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə görüşmüşük. İstənilən beynəlxalq tədbirdə biz hər zaman görüşmək üçün vaxt tapırıq. Onu da deyim ki, bizim görüşlərimiz həmişə çox məhsuldar olur. Biz münasibətlərimizdə ciddi tərəqqiyə nail olmuşuq. Birgə səylərimiz nəticəsində regionda tamamilə yeni vəziyyət yaranmışdır. Bizim siyasi əlaqələrimiz heç vaxt olmadığı qədər güclüdür. Biz iqtisadi əməkdaşlıq və sərmayə layihələrinə dair çoxsaylı məsələləri müzakirə edirik. Bildiyiniz kimi, biz bununla bağlı artıq müəyyən ideyalar ortaya qoymuşuq. Biz dövlət sektoru ilə bağlı birgə işlər görmüşük və mən şadam ki, “ASAN xidmət” modeli artıq Əfqanıstanda tətbiq edilir. Bu, Prezident Əşrəf Qaninin Əfqanıstanın modernləşdirilməsi, əhaliyə müasir xidmətlərin göstərilməsi ilə bağlı baxışının təzahürüdür və belə bir mühüm inkişafda rol oynamağımız bizi fərəhləndirir”, - Prezident bildirib.

Son xəbərlər

Orphus sistemi