İlham Əliyev: "Qazaxıstanla çoxşaxəli əlaqələrimiz dövlətlərarası münasibətlərimizi səciyyələndirən əsas cəhətlərdəndir"

İlham Əliyev: "Qazaxıstanla çoxşaxəli əlaqələrimiz dövlətlərarası münasibətlərimizi səciyyələndirən əsas cəhətlərdəndir" "Qazaxıstanla Çoxşaxəli əlaqələrimiz dövlətlərarası münasibətlərimizi səciyyələndirən əsas cəhətlərdəndir"
Xarici siyasət
25 Oktyabr , 2023 12:29
İlham Əliyev: Qazaxıstanla çoxşaxəli əlaqələrimiz dövlətlərarası münasibətlərimizi səciyyələndirən əsas cəhətlərdəndir
İlham Əliyev

"Çoxşaxəli əlaqələrimiz, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə səmərəli qarşılıqlı fəaliyyətimiz dövlətlərarası münasibətlərimizi səciyyələndirən əsas cəhətlərdəndir".

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevə məktubunda qeyd edilib.

"Biz dərin tarixi kökləri olan, qardaşlıq və qarşılıqlı etimad üzərində qurulmuş və bu gün yeni məzmun kəsb edən Azərbaycan-Qazaxıstan münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Çoxşaxəli əlaqələrimiz, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə səmərəli qarşılıqlı fəaliyyətimiz dövlətlərarası münasibətlərimizi səciyyələndirən əsas cəhətlərdəndir. Daim genişlənən siyasi dialoq ilə yanaşı iqtisadiyyat, nəqliyyat, logistika, infrastruktur, enerji, humanitar və digər sahələrdə əməkdaşlığımızın dərinləşməsi tərəfdaşlığımızın yüksək səviyyəsindən və dinamik inkişafından xəbər verir.

Əminəm ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə Azərbaycan ilə Qazaxıstan arasında müstəsna xarakter daşıyan əlaqələrin möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq", - dövlət başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi