İlham Əliyev: "BMT qətnamələrinin icrası ilə bağlı islahatlar quruma olan inamı artıracaq"

İlham Əliyev: "BMT qətnamələrinin icrası ilə bağlı islahatlar quruma olan inamı artıracaq" “BMT-nin islahatlara ehtiyacı olduğu sirr deyil"
Xarici siyasət
20 May , 2021 20:12
İlham Əliyev: BMT qətnamələrinin icrası ilə bağlı islahatlar quruma olan inamı artıracaq
İlham Əliyev

“BMT-nin islahatlara ehtiyacı olduğu sirr deyil. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsinə dair aydın bir baxış olmalıdır”.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib.

“Bu, ikili standartlara əsaslanan seçici bir yanaşma olmalı deyil. Vəziyyətimizlə bağlı Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə qəbul edilib. ATƏT-in Minsk Qrupunun üç həmsədri həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Onlar qəbul etdikləri qətnamələrin icrası üçün hər şeyi etməli idilər. Bu qətnamələrdə açıq şəkildə deyilirdi ki, erməni qoşunları tamamilə və qeyd-şərtsiz işğal altındakı əraziləri tərk etməlidirlər. Amma bu nəticə vermədi”, - dövlət başçısı qeyd edib.

Prezident bildirib ki, BMT-də islahatlar, xüsusən də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası sahəsində mexanizmlərin yaradılması ilə bağlı islahatlar beynəlxalq ictimaiyyətin təşkilata olan etimad səviyyəsini yüksəldəcək.

Son xəbərlər

Orphus sistemi