İlham Əliyev: "Azərbaycan Ağ Evin yeni administrasiyası ilə yaxından işləyir"

İlham Əliyev: "Azərbaycan Ağ Evin yeni administrasiyası ilə yaxından işləyir" "ABŞ Azərbaycanın həyata keçirdiyi enerji layihələrini və digər layihələri daim dəstəkləyib"
Xarici siyasət
20 May , 2021 19:14
İlham Əliyev: Azərbaycan Ağ Evin yeni administrasiyası ilə yaxından işləyir
İlham Əliyev
0 : 00
0 : 00

ABŞ Azərbaycanın həyata keçirdiyi enerji layihələrini və digər layihələri daim dəstəkləyib. Lakin biz bu münasibətlərin daha da şaxələndirilməsini istərdik. Ticarət sahəsində daha sıx əməkdaşlıq etmək istərdik. Həmçinin müdafiə sənayesində də əməkdaşlıq edə bilərik.

"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə söyləyib.

Dövlət başçısı deyib ki, Azərbaycan Ağ Evin yeni administrasiyası ilə yaxından işləyir, bizim təmaslarımız var: “ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri ilə telefon danışığım olub və bir çox məsələləri müzakirə etmişik”.

Ermənistanın Azərbaycanı təcavüzkar kimi qələmə verməyə çalışdığını qeyd edən Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin kağız üzərində qaldığını xatırladıb.

Son xəbərlər

Orphus sistemi