İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşadadır - YENİLƏNİB

İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşadadır - YENİLƏNİB İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament Assambleyasının (PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya səfərə yola düşüblər.
Xarici siyasət
18 May , 2022 12:34
İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşadadır - YENİLƏNİB

İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşa şəhərində səfərdədir.

"Report"un xəbərinə görə, onlar şəhərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar.

Daha sonra isə Şəhər meydanı, Şuşa qala divarları, Xurşidbanu Natəvanın malikanəsi, Molla Pənah Vaqifin məqbərəsi və Cıdır düzünə baş çəkəcəklər.

09:21

İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya səfərə yola düşüblər.

"Report"un xəbərinə görə, onlar şəhərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, İƏT PA-nın Baş katibi, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətləri Azərbaycanda səfərdədilər.

Son xəbərlər

Orphus sistemi