İƏT-in keçmiş baş katibi: "Azərbaycan islam dünyasında işğal olunan torpağını azad edən tək ölkədir"

İƏT-in keçmiş baş katibi: "Azərbaycan islam dünyasında işğal olunan torpağını azad edən tək ölkədir" “Azərbaycan bütün islam dünyasında işğalda olan torpağını işğaldan azad edə bilən tək ölkədir”.
Xarici siyasət
15 mart 2023 07:26
İƏT-in keçmiş baş katibi: Azərbaycan islam dünyasında işğal olunan torpağını azad edən tək ölkədir
Ekmeleddin İhsanoğlu

“Azərbaycan islam dünyasında işğal olunan torpağını azad edən tək ölkədir”.

“Report” xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) keçmiş Baş katibi Ekmeleddin İhsanoğlu Bakıda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, islamofobiya bütün islam dünyasını və eyni zamanda bəşəriyyəti narahat edən bir təhlükənin adıdır: “Qərbin islam dünyasına qarşı göstərdiyi bu münasibət köhnə xəstəlikdir. Sadəcə son illər kommunikasiyanın inkişafı ilə bu hal daha çox diqqəti cəlb edir. Ona görə də Bakıda keçirilən konfrans problemin akademik səviyyədə müzakirəyə çıxarılması üçün münbit şərait yaradıb”.

Keçmiş Baş katib vurğulayıb ki, islamofobiyanın təzahürləri hər ölkədə fərqli formada özünü göstərir: "Qarabağda baş verən hadisələrə ümumi şəkildə yanaşılmalı olduğu halda, bir çox hallarda problemə erməni-azərbaycanlı, dolayısı ilə xristian-müsəlman formatında yanaşılıb".

E.İhsanoğlu bildirib ki, Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklər, məscidlərin dağıdılması, təhqir edilməsi də islamofobiyanın ən böyük təzahürlərindən biridir: "Sevindirici haldır ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə bu işğala son qoydu və tariximizə, mədəniyyətimizə qarşı törədilən vəhşiliyə son verildi”.

Son xəbərlər

Orphus sistemi