İzmirdə Türkiyə-Azərbaycan dostluq parkı açılıb

İzmirdə Türkiyə-Azərbaycan dostluq parkı açılıb Bornova bələdiyyəsinin başçısı: "Parkın açılması haqqında qərar yekdilliklə qəbul olunub"
Xarici siyasət
29 Fevral , 2016 10:20
İzmirdə Türkiyə-Azərbaycan dostluq parkı açılıb

Bakı. 29 fevral. REPORT.AZ/ Türkiyənin İzmir vilayətinin Bornova bələdiyyəsində  Türkiyə-Azərbaycan dostluq parkı açılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, parkda həmçinin Xocalı qətliamı qurbanlarının xatirəsinə abidə ucaldılıb. 

Bornova bələdiyyəsinin başçısı Olqun Atilla qeyd edib ki, parkın açılması haqqında qərar yekdilliklə qəbul olunub.

Azərbaycanın İstanbuldakı baş konsulu Kənan Murtuzov Bornovada parkın açılması qərarına görə, O.Atillaya minnətdarlığını bildirib. 

Açılışda iştirak edən deputatlar və tədbirin digər qonaqları qardaşlaşmış şəhərlər İzmir və Bakı arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. 

Son xəbərlər

Orphus sistemi