​İtaliyalı siyasətçi: "Qərb ölkələrinin Azərbaycana qarşı qərəzli mövqeyi Avropaya olan etibarı sarsıdacaq"

​İtaliyalı siyasətçi: "Qərb ölkələrinin Azərbaycana qarşı qərəzli mövqeyi Avropaya olan etibarı sarsıdacaq" "Avropa institutları minlərlə azərbaycanlı məcburi köçkünün öz demokratik hüquqlarından məhrum olması faktına göz yumur"
Xarici siyasət
17 Sentyabr , 2015 12:53
​İtaliyalı siyasətçi: Qərb ölkələrinin Azərbaycana qarşı qərəzli mövqeyi Avropaya olan etibarı sarsıdacaq

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycanda keçiriləcək seçkilər Avropa qurumlarına bu ölkəyə qarşı tətbiq etdikləri ikili standartlardan imtina etmək və üstəlik, ölkədəki seçki prosesinə müsbət töhfə vermək imkanı yaradır.

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa Şurası Parlament Assambleyasında Avropa Xalq Partiyasının keçmiş prezidenti Luka Cuzeppe Volonte bildirib.

Onun sözlərinə görə, noyabrın 1-də 5 milyon azərbaycanlı səs vermək üçün seçki məntəqələrinə gələcək, lakin Avropa institutları və KİV-ləri Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ona yaxın ərazilərdə minlərlə azərbaycanlının demokratik hüquqlarından məhrum olduğuna göz yumur.

"Təəssüf ki, Qərb KİV-ləri tərəfindən aparılan son mübahisələr Azərbaycandakı seçkilərin müşahidəsi zamanı ikili standartlar və qərəzli mövqenin ola biləcəyi etimalını üzə çıxarır", - o bildirib.

L.Volonte qeyd edib ki, hətta bəzi beynəlxalq dairələrin seçkilərdən öncə ölkədə baş tutacaq seçkiləri gözdən salmaq üçün çalışacaqlarını etimal etmək olar.

"Beləliklə, Avropa və beynəlxalq təşkilatlar Azərbaycanda seçki prosesinə və islahatlara müsbət töhfə vermək üçün əla imkanı itirirlər", - o deyib. 

Siyasətçi daha sonra əlavə edib ki, Qərb ölkələrinin Azərbaycana qarşı qərəzli mövqeyi Avropaya olan etibarı sarsıdacaq. 

Son xəbərlər

Orphus sistemi