İtaliyanın yeni səfiri TAP layihəsinin tikintisindəki vəziyyətlə bağlı Azərbaycan tərəfini məlumatlandırıb

İtaliyanın yeni səfiri TAP layihəsinin tikintisindəki vəziyyətlə bağlı Azərbaycan tərəfini məlumatlandırıb Elmar Məmmədyarov İtaliyanın Azərbaycana yeni təyin olunan səfiri Auqusto Massarini qəbul edib
Xarici siyasət
22 Avqust , 2017 14:44
İtaliyanın yeni səfiri TAP layihəsinin tikintisindəki vəziyyətlə bağlı Azərbaycan tərəfini məlumatlandırıb

Bakı. 22 avqust. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın Azərbaycana yeni təyin olunan səfiri Auqusto Massarini qəbul edib.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

E.Məmmədyarov Auqusto Massarini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. 

A.Massarini iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb. O həmçinin, TAP layihəsinin İtaliya ərazisində tikintisi ilə bağlı görülən işlərin son vəziyyətinə dair Azərbaycan xarici işlər nazirinə məlumat verib.

Görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub, xüsusilə siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. İki ölkə arasında mədəniyyət, turizm, nəqliyyat, kənd təsərrüfatı, humanitar, əczaçılıq və tibb sahələrində əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi