İtaliyanın xarici işlər naziri Azərbaycana gəlib

İtaliyanın xarici işlər naziri Azərbaycana gəlib Onu italiyalı iş adamları müşayiət edir
Xarici siyasət
7 Noyabr , 2016 16:24
İtaliyanın xarici işlər naziri Azərbaycana gəlib

Bakı. 7 noyabr. REPORT.AZ/ İtaliyanın xarici işlər naziri Paolo Centiloninin Azərbaycana səfəri başlayıb.

"Report"un məlumatına görə, nazir Azərbaycanda noyabrın 7-8-də Bakıda rəsmi səfərdə olacaq. Səfər çərçivəsində nazirin yüksək səviyyəli rəsmilərlə görüşləri nəzərdə tutulur.

Görüşlərdə İtaliyanın ATƏT-də gələcək sədrliyi, regional və beynəlxalq əməkdaşlıq, Qarabağ münaqişəsi və digər məsələlər müzakirə olunacaq.

Xarici işlər və beynəlxalq əməkdaşlıq nazirini səfər zamanı italiyalı iş adamları müşayiət edir. Səfər çərçivəsində Azərbaycan ilə İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, bundan əvvəl nazir P.Centiloni Gürcüstanı ziyarət edib. O, Bakıdan sonra Yerevana səfərə gedəcək.

Son xəbərlər

Orphus sistemi