İtaliyanın Azərbaycandakı yeni səfiri Bakıya avqustun ortalarında gələcək

İtaliyanın Azərbaycandakı yeni səfiri Bakıya avqustun ortalarında gələcək Auqusto Massari etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra fəaliyyətə başlayacaq
Xarici siyasət
3 İyul , 2017 14:29
İtaliyanın Azərbaycandakı yeni səfiri Bakıya avqustun ortalarında gələcək

Bakı. 3 iyul. REPORT.AZ/ İtaliyanın Azərbaycandakı yeni səfiri Auqusto Massari Bakıya avqustun ortalarında gələcək.

Bu barədə "Report"a İtaliyanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Yeni səfir etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra fəaliyyətə başlayacaq.

O, bu vəzifədədə 2013-ci ildən İtaliyanın Bakıdakı diplomatik missiyasına rəhbərlik edən Campaolo Kutilyonu əvəz edəcək. Diplomat fəaliyyətini İtaliyanın Xarici İşlər Nazirliyinin şöbələrinin birində davam etdirəcək.

Qeyd edək ki, A.Massari İtaliya XİN-də 1998-ci ildən işləyir. Azərbaycana səfir təyin olunmamışdan əvvəl İtaliyanın Pekindəki səfirliyində çalışıb.

Son xəbərlər

Orphus sistemi