İtaliyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

İtaliyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib Azı 247 nəfər ölüb, 300-dən çox insan xəsarət alıb
Xarici siyasət
25 Avqust , 2016 15:06
İtaliyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Bakı. 25 avqust. REPORT.AZ/ İtaliyada baş verən güclü zəlzələ nəticəsində həlak olanların xatirəsinə bu ölkənin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.

Bu barədə "Report"a İtaliyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlikdən diplomatik missiyada xatirə kitabının açılıb-açılmayacağı barədə hələlik heç bir təlimat gəlmədiyini bildiriblər.

Xatırladaq ki, zəlzələ nəticəsində İtaliyanın mərkəzində yerləşən bir çox şəhərlərə ciddi ziyan dəyib, azı 247 nəfər ölüb, 300-dən çox insan xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi