Bakı. 3 noyabr. REPORT.AZ/ İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Gentiloninin Azərbaycanda səfərinin proqramı açıqlanıb.
İtaliyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, P.Gentiloni noyabrın 7-8-də Bakıda rəsmi səfərdə olacaq. Səfər çərçivəsində nazirin yüksək səviyyəli görüşləri nəzərdə tutulur.
Görüşlərdə ikitərəfli və beynəlxalq əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılacaq.
Xarici işlər və beynəlxalq əməkdaşlıq nazirini səfər zamanı italiyalı iş adamları müşayiət edəcək. Səfər çərçivəsində Azərbaycan ilə İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi planlaşdırılır.