Yuxarı
    Bağlamaq

    İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycana səfərə gələcək

    Romada Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası keçirilib

    Bakı. 14 iyun. REPORT.AZ/ Roma şəhərində iyunun 13-də Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası keçirilib. 

    "Report" İtaliya KİV-inə istinadən xəbər verir ki, toplantıya Komissiyanın həmsədri, Azərbaycanın energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti qatılıb.

    İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paulo Centiloni Azərbaycanı İtaliya üçün Cənubi Qafqazda istinad ölkəsi kimi xarakterizə edib: "Azərbaycanın geosiyasi baxımdan strateji mövqeyə və böyük iqtisadi potensiala malik, Asiya ilə Avropanı birləşdirən açar ölkə, İtaliyanın isə təbii tərəfdaşıdır. İtaliya ilə Azərbaycan arasında münasibətlər son illərdə müntəzəm olaraq həm keyfiyyət, həm də həcm nöqteyi-nəzərdən artıb, qarşılıqlı çoxsaylı səfərlər çoxalıb, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyev 2014 və 2015-ci illərdə İtaliyaya səfərlər edib. Mən də növbəti aylarda Azərbaycana səfər edəcəyəm". 

    İtaliya-Azərbaycan tərəfdaşlığının gücləndirilməsində Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin əhəmiyyətinə toxunun nazir bu layihənin İtaliya milli iqtisadiyyatı üçün strateji dəyərə malik olduğunu və bu kəmərilə 2020-ci ildə Azərbaycan qazının İtaliyaya çatdırılacağını deyib.

    P.Centiloni ötən il qarşılıqlı ticarət dövriyyəsinin 5 milyard avro olduğunu, Azərbaycanda ölkəsinin məhsullarına tələbatın artdığını, İtaliyanın Azərbaycana öz ixracatını artırmaq, bununla da ticarət dövriyyəsindəki qeyri-tarazlığı aradan götürmək istəyini bildirib. İki ölkə arasında iqtisadi əməkdaşlığın yalnız enerji sektoru ilə məhdudlaşmamalı olduğunu, müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu deyən nazir növbəti illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və ölkənin iqtisadi inkişafında yeni dinamikanın təmin olunması üçün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı son sərəncamlar və müəyyən etdiyi yol xəritəsini xüsusi qeyd edib.

    P.Centiloni iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafının da əhəmiyyətinə toxunub, bu sahəyə Azərbaycan tərəfindən, xüsusilə də Heydər Əliyev Fondu tərəfindən göstərilən diqqəti də vurğulayıb.

    Qafqazda sülh və sabitliyin bərqərar olması və Azərbaycanla Avropa İttifaqı arasında konstruktiv və səmərəli əməkdaşlıq üçün İtaliyanın çalışmalı olduğunu da qeyd edən nazir Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün ölkəsinin Almaniyanın ATƏT-in sədri kimi səylərini dəstəklədiyini və İtaliyanın 2018-ci ildə ATƏT-ə sədr seçiləcəyi təqdirdə münaqişənin həlli üçün öz səylərini əsirgəməyəcəyini əmin edib.

    P.Centiloni Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycanla Aİ arasında yeni və dinamik münasibətlərin qurulmasının əhəmiyyətli olduğunu deyib: “Biz heç bir modellər yeritmək istəmirik, geniş potensiala malik gənc demokratiya üçün özünü doğrultmuş və etibarlı seçim ola biləcək inkişaf, demokratik yüksəliş və iqtisadi əməkdaşlıq variantları təqdim etmək istəyirik”.

    Qeyd edək ki, iyunun 13-də Azərbaycan və İtaliyanın aparıcı şirkətlərinin qatıldığı biznes-forum keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi