​İtaliya səfirliyində Şengen vizasının alınması ilə bağlı yeni qaydalar qüvvəyə minib

​İtaliya səfirliyində Şengen vizasının alınması ilə bağlı yeni qaydalar qüvvəyə minib İlk dəfə Şengen vizası alanlar sənədlər təqdim olunarkən şəxsən iştirak etməlidir
Xarici siyasət
29 Yanvar , 2015 11:15
​İtaliya səfirliyində Şengen vizasının alınması ilə bağlı yeni qaydalar qüvvəyə minib

Bakı. 29 yanvar. REPORT.AZ/ İtaliyanın Azərbaycandakı səfirliyində Şengen vizasının alınmasında yeni prosedur qaydalar qüvvəyə minib.

"Report" İtaliyanın Bakıdakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 29-dan yeni Viza informasiya sistemi qüvvəyə minir. Bu sistem Şengen ölkələrinə bu zonaya daxil olmaq üçün verilən vizalar haqqında məlumat əldə etmək imkanı verəcək. Yeni sistemə uyğun olaraq, ilk dəfə Şengen vizası alanlar sənədlər təqdim olunarkən, biometrik məlumatları toplamaq, şəkil çəkdirmək və barmaq izlərinin götürülməsi məqsədilə şəxsən iştirak etməlidir. 12 yaşına kimi uşaqlardan barmaq izləri götürülməyəcək.

Son xəbərlər

Orphus sistemi