İtaliya səfiri azərbaycanlı tələbələrə viza verilməməsi məsələsinə münasibət bildirib

İtaliya səfiri azərbaycanlı tələbələrə viza verilməməsi məsələsinə münasibət bildirib Səfir Auqusto Massari: "Bu il həddindən artıq müraciət edimişdi"
Xarici siyasət
6 Oktyabr , 2017 17:57
İtaliya səfiri azərbaycanlı tələbələrə viza verilməməsi məsələsinə münasibət bildirib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu il İtaliyada təhsil almaq istəyən Azərbaycan vətəndaşları tərəfindən 800-dən çox ərizə təqdim olunub.

Bu barədə "Report"a İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari azərbaycanlı tələbələrin İtaliyada təhsil almaq üçün viza alınması prosesində qarşılaşdıqları problemləri şərh edərkən bildirib.

"Problem olmayıb. Əsas məqam ondan ibarətdir ki, bu il həddindən artıq - 800-dən çox müraciət təqdim olunub. Nəticədə təqdim olunmuş ərizələrin təhlili müddəti uzanıb və bu, normaldır. Bu il viza almaq üçün müraciət edən tələbələr artıq tədrisə başlayıblar", - səfir deyib.

O, Avropa İttifaqı ölkələri arasında İtaliyanın azərbaycanlı tələbələrin sayına  görə birinci olduğunu bildirib.

Xatırladaq ki, bir qədər əvvəl İtaliyanın Azərbaycandakı səfirliyi bu ölkədə oxumaq istəyən tələbələrə vizaların verilməməsinə dair informasiyaya münasibət bildirərək bəyanat yayıb. Bəyanatda bildirilib ki, sənədləri qaydasında olan tələbələrlə Konsulluq şöbəsindən əlaqə saxlanılacaq. Lakin sentyabrın 20-də bir qrup tələbə viza problemlərinin araşdırılması tələbi ilə Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi