İtaliya prezidenti Sercio Mattarella Azərbaycana gəlib

İtaliya prezidenti Sercio Mattarella Azərbaycana gəlib Sercio Mattarella prezident İlham Əliyevlə görüşəcək
Xarici siyasət
17 İyul , 2018 22:09
İtaliya prezidenti Sercio Mattarella Azərbaycana gəlib

Bakı. 17 iyul. REPORT.AZ/ İtaliya prezidenti Sercio Mattarella Azərbaycana gəlib.

"Report"un məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanı və qızı Laura Mattarellanı hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

İkigünlük səfəri zamanı S. Mattarella Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək və Azərbaycan - İtaliya biznes forumunda iştirak edəcək. Bundan başqa S. Mattarella ADA Universitetində də tələbələr qarşısında çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi