İtaliya prezidenti: "Qlobal Bakı Forumu mədəniyyətlərarası dialoqa öz töhfəsini verir"

İtaliya prezidenti: "Qlobal Bakı Forumu mədəniyyətlərarası dialoqa öz töhfəsini verir" Serxio Mattarella: "Barbar terror aktları bizim üçün çağırışdır"
Xarici siyasət
15 Mart , 2018 11:44
İtaliya prezidenti: Qlobal Bakı Forumu mədəniyyətlərarası dialoqa öz töhfəsini verir
REUTERS/Remo Casilli

Bakı. 15 mart. REPORT.AZ/ "Qlobal Bakı Forumu mədəniyyətlərarası dialoqa öz töhfəsini verir və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edir."

"Report" xəbər verir ki, bu barədə İtaliya Prezidenti Serxio Mattarellanın VI Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı müraciətində deyilir.

İtaliyanın Azərbaycandakı səfiri tərəfindən oxunan müraciətdə deyilir ki, bütün insanların ləyaqətinə hörmət edilməsi dünyada sülhün və sabitliyin qorunmasının əsas elementidir: "Barbar terror aktları bizim üçün çağırışdır və onlara cavab vermək üçün təhlükəsizliyi gücləndirməli, həmçinin mədəniyyətlərarası dialoqa yardım etməliyik".

Prezidentin sözlərinə görə, indiki tədbir bu işə öz töhfəsini verir, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək göstərir.

Son xəbərlər

Orphus sistemi