Yuxarı

İtaliya mətbuatında Respublika Gününə həsr olunmuş video-reportaj verilib - VİDEO

Reportajda Respublika Gününün əhəmiyyətindən danışılıb

Bakı. 27 may. REPORT.AZ/ İtaliyanın aparıcı informasiya agentliyi olan “Adnkronos” həftəlik icmalında Azərbaycanın Respublika Gününə həsr olunmuş video-reportaj verilib.

"Report" xəbər verir ki, reportajda Respublika Gününün əhəmiyyəti, ölkəmizin müsəlman Şərqində ilk demokratik respublika, teatr, opera və baletin vətəni olması, habelə müstəqillik dövründə əldə edilmiş nailiyyətlər barədə ətraflı bəhs edilib və Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin səsləndirdiyi fikirlərə yer verilib.

Respublika Günü ilə bağlı Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən təşkil olunmuş rəsmi ziyafət İtaliyanın nüfuzlu “Il Messaggero” qəzetinin çap versiyasında da işıqlandırılıb. Məlumatda tədbirin əhəmiyyəti, burada edilmiş çıxışlar ilə bağlı məlumat verən qəzet, tədbirin İtaliya ictimaiyyətinin marağına səbəb olduğunu və burada ölkənin rəhbər şəxsləri və aparıcı siyasətçiləri ilə yanaşı, müğənni Albano, modelyer Renato Balestra, dünya miqyaslı mərhum tenor Luçiano Pavarottinin həyat yoldaşı Florensiya şəhər merinin mədəniyyət məslələri üzrə müavini Nikoletta Mantovani və digərləri kimi mədəniyyət və incəsənət sektorunun önəmli simalarının da iştirak etdiyi qeyd olunub.

İtaliyanın “Dazebaonews” və “Radioartistweb” xəbər portallarında da Respublika Günü ilə bağlı ətraflı məlumat verilib. Məlumatlarda Respublika Günü ilə bağlı Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən təşkil olunmuş rəsmi ziyafətlə yanaşı, ölkəmizin tarixi, mədəniyyəti, inkişafı, İtaliya ilə əməkdaşlıqdan da bəhs edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi