Yuxarı

İtaliya baş nazirinin I müavini Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək

Klaudio De Vinçentini Azərbaycan Xarici İşlər Nazirliyinin və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar

Bakı. 12 iyun. REPORT.AZ/ İtaliya baş nazirinin birinci müavini Klaudio De Vinçenti "Bakı-2015" I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək. 

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İtaliya baş nazirinin birinci müavinini Azərbaycan Xarici İşlər Nazirliyinin və "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi