İsveçrənin dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

İsveçrənin dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib İsveçrə Konfederasiyasının Prezidenti Simonetta Sommaruqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
25 May , 2020 17:20
İsveçrənin dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib
0 : 00
0 : 00

İsveçrə Konfederasiyasının Prezidenti Simonetta Sommaruqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına İsveçrə Federal Şurası və İsveçrə xalqı adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizə və ölkənizin vətəndaşlarına xoşbəxtlik, rifah və yeni-yeni uğurlar arzulayıram.

Ölkələrimiz arasında yaxşı, etibarlı əlaqələr bizə əsas qlobal çağırışları, xüsusilə beynəlxalq əməkdaşlıq və həmrəyliyin hər zamankından daha vacib olduğu bir vaxtda, hazırkı COVID-19 pandemiyası dövründə birgə həll etməyə imkan verir.

Mən bu il yanvarın 22-də Davosda ölkələrimiz arasında güclü dostluq əlaqələrini yeniləməyə imkan verən fikir mübadiləmizi məmnuniyyətlə xatırlayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Son xəbərlər

Orphus sistemi