İsveçrənin dövlət başçısı Azərbaycan Prezidentinə məktub göndərib

İsveçrənin dövlət başçısı Azərbaycan Prezidentinə məktub göndərib Doris Loyhard: "Ötən iyirmi beş il ərzində Azərbaycanın demokratiya və iqtisadi inkişaf sahəsində göstərdiyi böyük səylərdən xəbərdaram"
Xarici siyasət
10 Aprel , 2017 14:19
İsveçrənin dövlət başçısı Azərbaycan Prezidentinə məktub göndərib

Bakı. 10 aprel. REPORT.AZ/ İsveçrə Konfederasiyasının Prezidenti Doris Loyhard Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib. 

"Report"un məlumatına görə, məktubda iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin bu il yanvarın 21-də qeyd olunuğu bildirilib: "Bu münasibətlə mən Sizə ən səmimi təbriklərimi çatdırmaq istərdim. Bu ilin əvvəlində Davosda Dünya İqtisadi Forumu çərçivəsində Sizinlə fikir mübadiləmizi çox yüksək qiymətləndirirəm.

Ötən iyirmi beş il ərzində Azərbaycanın demokratiya və iqtisadi inkişaf sahəsində göstərdiyi böyük səylərdən xəbərdaram. İdarəetmənin yaxşılaşdırılması, özəl sektorun təşviqi, eləcə də iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın iqtisadiyyatına çoxsaylı İsveçrə şirkətləri də daxil olmaqla, qlobal marağı artırmışdır. Bizim çoxşaxəli tərəfdaşlığımız özünü Bretton Vuds institutları çərçivəsində də büruzə verir. Azərbaycan bizim buradakı seçki qrupunda mühüm və yüksək qiymətləndirilən rola malikdir.

Mən, həmçinin Şərq və Qərb insanları arasında əlaqələrin möhkəmləndirilməsində ölkənizin vacib rolunu alqışlayıram və may ayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyiniz münasibətilə Sizi təbrik edirəm. Mən Sizə bu təşəbbüsünüzdə uğurlar arzulayıram.

Sizə və Azərbaycan xalqına dostcasına yeni uğurlar diləyir, xoş arzularımı çatdırıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Son xəbərlər

Orphus sistemi