İsveçin Azərbaycandakı müvəqqəti işlər vəkilinin diplomatik missiyası başa çatır

İsveçin Azərbaycandakı müvəqqəti işlər vəkilinin diplomatik missiyası başa çatır Onu əvəz edəcək diplomatın adı hələlik məlum deyil
Xarici siyasət
1 İyul , 2017 10:05
İsveçin Azərbaycandakı müvəqqəti işlər vəkilinin diplomatik missiyası başa çatır

Bakı. 1 iyul. REPORT.AZ/ İsveçin Azərbaycandakı müvəqqəti işlər vəkili Tomas Danestadın diplomatik missiyası başa çatır.

"Report" xəbər verir ki, diplomat iyul ayının sonlarında Azərbaycanı tərk edəcək.

Qeyd edək ki, T.Danestadın Bakıdakı diplomatik missiyası 2014-cü ildə başlayıb.

Xatırladaq ki, T.Danestad Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyin rəhbəri Malena Mardın həyat yoldaşıdır. M.Mardın da Azərbaycandakı missiyası iyul ayının sonlarında başa çatacaq.

Onları əvəz edəcək diplomatların adları hələlik açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi