Yuxarı
    Bağlamaq

    İstanbulda QDİƏT üzv-ölkələrin xarici işlər nazirləri şurasının iclası keçirilib

    Təşkilatda sədrlik Ukraynaya keçib© Report.az

    İstanbul. 29 iyun. REPORT.AZ/ İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin xarici işlər nazirləri şurasının 36-cı iclası keçirilib. 

    "Report"un Türkiyə bürosu xəbər verir ki, 12 ölkəndən qatılan nazir və nazir müavinlərinin iştirakı ilə keçirilən şura içlasında təşkilata üzv olmayan ölkələrdən dəvət olunmuş məşvərətçilər də iştirak edib. Rəsmi hissənin açılışı xatirə şəklinin çəkilməsiylə başlayıb.

    Beynəlxalq tədbirdə çıxış edən Türkiyənin xarici işlər nazirinin müavinı Əhmət Yıldız Qara Dəniz bölgəsinə sülhü, firavanlığı təmin etmək üçün səmərəli fəaliyyət göstərən təşkilatın son illərdə dünya ölkələri adına atdığı uğurlu addımlardan danışıb. 25 ildir QDİƏT ev sahibliyi edən Türkiyənin dünya ölkələrində baş verən hadisələrə biganə qalmadığını deyən nazir müavini elə bu səbəbdən də tez-tez bu ölkələrin bir yerə toplanmağının vacibliyini vurğulayıb.

    QDİƏT-in baş katibi Maykl Kristidis çıxışında müzakirəyə çıxarılacaq məsələlərdən və alınacaq qərarlardan danışıb. O vurğulayıb ki, təşkilatın 36-cı şura iclasında Qara Dəniz regionunu narahat edən məsələlər, terorizimlə mübarizə əsas gündəm mövzusu olacaq.

    Şura iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik etdiyi nümayəndə heyyəti təmsil edir.  İclasda Mahmud Məmmədquliyevin də çıxışı baş tutacaq.

    İclasın yekununda QDİƏT-də sədrlik Ukraynaya keçib.

    Şura iclası ikitərəfli müzakirələrlə gün boyu işini davam etdirəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi