İstanbulda Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçiriləcək

İstanbulda Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçiriləcək Şükrü Genc Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevlə görüşüb
Xarici siyasət
657
1 Fevral , 2018 13:48
İstanbulda Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçiriləcək

İstanbul. 1 fevral. REPORT.AZ/ Sarıyer rayon bələdiyyəsinin sədri Şükrü Genc Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevlə görüşüb. 

"Report"un Türkiyə bürosunun məlumatına görə, görüşdə bu il mayın 11-14-də Sarıyer rayonunda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin heykəlinin qoyulduğu və onun adını daşıyan parkda ənənəvi “Ədəbiyyat günləri” festivalının keçiriləcəyi bildirilib. Tədbirin bir gününün də Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə ona həsr olunacağı qeyd edilib. 

Ş.Genc ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın qurulmasında əvəzsiz xidmətlərindən danışaraq Türkiyə Azərbaycan qardaşlığının, birliyinin möhkəm təməllərini də onun atdığını deyib: “Heydər Əliyevin səyləri nəticəsində iki qardaş ölkənin qapıları açıldı. Mustafa Kamal Atatürk və Heydər Əliyev bu gün dünyada söz sahibi olan "bir millət, iki dövlət"i var edənlərdir. Biz onlara bir ömür minnətdarıq, onlar olmasaydı, bizlər də olmazdıq. Heydər Əliyevin siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Hər gün güclənən və möhkəmlənən iki qardaş dövlət var. Biz də əlaqələrin genişlənməsi üçün əlimizdən gələni etməliyik”. O, iki ölkə arasında bir çox əhəmiyyətli layihələrin həyata keçirilməsi üçün Sarıyer rayon bələdiyyəsinin hazır olduğunu da vurğulayıb. 

M.Hacıyev, öz növbəsində, Şükrü Gəncə azərbaycanlı rəssam Rafiq Əzizin Mustafa Kamal Atatürkün yağlı boya ilə çəkdiyi portretini hədiyyə edib.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi