İstanbulda Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin görüşü olub - FOTO - VİDEO

İstanbulda Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin görüşü olub - FOTO - VİDEO İstanbul. 29 oktyabr. REPORT.AZ/ İstanbulda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında ikitərəfli görüş olub.
Xarici siyasət
29 Oktyabr , 2018 11:57
İstanbulda Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin görüşü olub - FOTO - VİDEO
Report
0 : 00
0 : 00

İstanbul. 29 oktyabr. REPORT.AZ/ İstanbulda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında ikitərəfli görüş olub.

"Report"un Türkiyə burosu xəbər verir ki, görüş Dolmabağça sarayında keçirilib. 

XİN başçıları hər iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında yüksələn xəttlə inkişaf etdiyini vurğulayıblar. Bildirilib ki, Azərbaycan və Türkiyə regionda həyata keçirilən bütün layihələrin mərkəzindədir və hər iki qardaş dövlətin bir çox məsələlərdə dərin və faydalı əməkdaşlığı var.

Həmçinin bu gün İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin VII üçtərəfli görüşü də baş tutacaq. Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında mühüm regional layihələr, bölgədə təhlükəsizlik və sabitlik məsələləri müzakirə ediləcək.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi