İstanbulda Azərbaycan diplomatik xidmət orqanlarının yubileyi qeyd olunub

İstanbulda Azərbaycan diplomatik xidmət orqanlarının yubileyi qeyd olunub Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasının 100-cü ildönümü münasibətilə iyulun 9-da İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önündə anım mərasimi keçirilib.
Xarici siyasət
9 İyul , 2019 13:13
İstanbulda Azərbaycan diplomatik xidmət orqanlarının yubileyi qeyd olunub

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasının 100-cü ildönümü münasibətilə iyulun 9-da İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önündə anım mərasimi keçirilib. 

"Report"un Türkiyə bürosu xəbər verir ki, tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutub.

Diplomatik korpusun əməkdaşları ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə güllər düzüblər.

Sonra tədbir iştirakçıları Azərbaycan Xalq Cümhuriyyəti qurucularının dəfn olunduğu “Feriköy” məzarlığındakı abidəni ziyarət edib, xatirə lövhəsi önünə gül dəstələri qoyublar.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi