İsrailin və Azərbaycanın bir neçə şəhəri qardaşlaşmaq imkanlarını nəzərdən keçirir

İsrailin və Azərbaycanın bir neçə şəhəri qardaşlaşmaq imkanlarını nəzərdən keçirir Bakı. 7 iyun. REPORT.AZ/ İsrailin və Azərbaycanın bir neçə şəhəri qardaşlaşmaq imkanlarını nəzərdən keçirir.
Xarici siyasət
872
7 İyun , 2018 10:57
İsrailin və Azərbaycanın bir neçə şəhəri qardaşlaşmaq imkanlarını nəzərdən keçirir
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 7 iyun. REPORT.AZ/ İsrailin və Azərbaycanın bir neçə şəhəri qardaşlaşmaq imkanlarını nəzərdən keçirir.

Bu barədə "Report"a "Azərbaycan-İsrail" (Azİs) Beynəlxalq Assosiasiyasının rəhbəri Lev Spivak bildirib.

Onun sözlərinə görə, oktyabrda İsraildə bələdiyyə seçkiləri keçiriləcəyindən hazırda bu məsələyə baxılmasına fasilə verilib.

"Seçkilər başa çatan kimi, bu məsələyə qayıdacağıq. Hələlik konkret "cütlər" yoxdur. Sadəcə, İsrail və Azərbaycandan 5-6 şəhər qardaşlıq əlaqəsi qurmaq istəyir. Vəzifəmiz bu şəhərlərin hansının hansına daha uyğun gəldiyini, hansı şəhərlərin ümumi maraqlarının olduğunu müəyyənləşdirməkdir", - L.Spivak deyib.

Son xəbərlər

Orphus sistemi