Yuxarı
    Bağlamaq

    İsrailin Azərbaycandakı səfiri Masallı rayonunda olub

    Səfir həm dövlət, həm də özəl sektorda qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının mövcudluğunu vurğulayıb

    Bakı. 16 iyun. REPORT.AZ/ İsrailin Azərbaycandakı səfiri Dan Stav ölkənin cənub bölgəsinə səfəri çərçivəsində Masallı rayonunda olub.

    "Report" İsrailin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, səfər zamanı səfir Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla görüşüb.

    Görüş zamanı R.Hüseynov kənd təsərrüfatı, turizm, sənaye, infrastruktur və səhiyyə sahəsində hökumət tərəfindən həyata keçirilən müxtəlif fəaliyyətlər haqqında səfirə məlumat verib.

    Görüşdən sonra D.Stav Diyarşünaslıq muzeyinə baş çəkib, həmçinin İstisu sanatoriyası ilə tanış olub. Səfir həm dövlət, həm də özəl sektorda qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının mövcudluğunu vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi