İsrailin Azərbaycandakı səfiri Lənkərana səfər edib - FOTO

İsrailin Azərbaycandakı səfiri Lənkərana səfər edib - FOTO Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı fikir mübadiləsi aparılıb
Xarici siyasət
6 Sentyabr , 2016 16:39
İsrailin Azərbaycandakı səfiri Lənkərana səfər edib - FOTO

Lənkəran. 6 sentyabr. REPORT.AZ/ Bu gün İsrail dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav Lənkərana səfər edib.

"Report"un Cənub bürosunun məlumatına görə, rayonla tanışlıq məqsədi daşıyan səfər çərçivəsində Lənkəran Şəhər İcra Hakimiyyətində (ŞİH) görüş keçirilib.

İcra hakimiyyətinin başçısı Taleh Qaraşov səfirə Lənkəranın qədim tarixi, rayonun coğrafi mövqeyi, adət-ənənəsi, mədəniyyəti haqqında məlumat verib.

T.Qaraşov iqtisadiyyatın əsasını təşkil edən tərəvəzçiliyin, çayçılığın, sitrusçuluğun, çəltikçiliyin, heyvandarlığın inkişafı istiqamətində son illərdə həyata keçirilən tədbirlər, aqrar bölmənin dirçəldilməsi üçün atılan addımlar barədə söz açaraq rayonun turizm potensialını diqqətə çatdırıb və xarici turizmin inkişafına diqqətin artırıldığını bildirib.

Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən səfir Dan Stav İsrail və Azərbaycan dövlətləri arasında ikitərəfli əməkdaşlığın getdikcə inkişaf etdiyini deyib, “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi barədə fikirlərini bölüşüb, Lənkəranın kənd təsərrüfatında, elm, təhsil və turizm sahəsindəki potensialı ilə, rayona xarici investorların cəlb edilməsi istiqamətində görülən tədbirlərlə maraqlanıb.

Görüş zamanı həmçinin ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Sonda səfirə Lənkəran xalçası və çayı hədiyyə edilib.

Səfər çərçivəsində səfir Dan Stav şəhərlə tanışlıq məqsədilə Heydər Əliyev Mərkəzində, Tarix-Diyarşünaslıq Muzeyində, Müalicə-Diaqnostika Mərkəzində, “Nur-Süd” Palmali süd emalı, Lənkəran Konserv zavodlarında olub, “Yaşıl çay” fermer təsərrüfatında çay plantasiyasına, Sütəmurdov kəndi ərazisində yeni salınan Koreya sortlu hallobong sitrus meyvəsi plantasiyasına, Hirkan Milli Parkına və sitrus bağlarına baxış keçirib.

Son xəbərlər

Orphus sistemi