Yuxarı

​İsrail səfirliyi: Biz Azərbaycanla münasibətləri dərinləşdirmək üçün yollar axtarırıq

Mingəçevir və Afulanın qardaşlaşmış şəhərlər statusu haqqında sazişinin imzalanması Azərbaycan və İsrail arasında münasibətlərin göstəricisidir

Bakı. 9 iyul. REPORT.AZ/ "Biz bundan sonra da Azərbaycan və İsrail arasında əlaqələrin inkişaf edərək dərinləşməsi üçün yollar axtarırıq".

Bu barədə "Report"a İsrailin Azərbaycandakı səfirinin müavini Ronen Kraus (Ronen Krausz) Azərbaycanın Mingəçevir və İsrailin Afula şəhərləri arasında imzalanan qardaşlaşma haqqında sazişi şərh edərkən deyib.

Onun sözlərinə görə, bu sazişinin imzalanması Azərbaycan və İsrail arasında münasibətlərin daha bir müsbət göstəricisidir.

R.Kraus bildirib ki, İsrail müxtəlif sahələrdə iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi