İsrail səfiri Xaçmaz rayonuna gedib

İsrail səfiri Xaçmaz rayonuna gedib Səfər zamanı Dan Stav rayonun icra başçısı ilə görüşüb
Xarici siyasət
14 Mart , 2017 11:59
İsrail səfiri Xaçmaz rayonuna gedib

Bakı. 14 mart. REPORT.AZ/ İsrailin Azərbaycandakı səfiri Dan Stav Xaçmaz rayonunun icra başçısı Şəmsəddin Xanbabayevlə görüşüb.

İsrailin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, görüş zamanı iqtisadiyyat, kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Səfir Azərbaycanda dərin harmonik birgəyaşayış və multikulturalizmi alqışlayıb və yəhudi icmasının iki ölkə arasında körpü olduğunun əhəmiyyətini vurğulayıb.

O, Xaçmazdakı Qafqaz konserv zavodunu və Yalamadakı Aqroparkı ziyarət edib.

Səfirə Şimal-Cənub layihəsi ilə bağlı geniş məlumat verilib. 

Son xəbərlər

Orphus sistemi