Yuxarı

İsrail Knessetinin sədr müavini: "Azərbaycan kimi müttəfiqimizin olmasından məmnunuq"

Hilik Bar: Azərbaycan hətta, çətin zamanlarda belə yəhudiləri, onların mədəniyyətini, sinaqoqlarını qorumağa qadir olduğunu sübut edib

Qüds. 22 sentyabr. REPORT.AZ/ "Azərbaycana səfər etməsəm də, ölkənizin İsrail üçün nə dərəcədə vacib olduğunu, necə vacib strateji əlaqələrimizin olduğunu bilirəm. Biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik".

"Report" xəbər verir ki, bunu Azərbaycanın bir qrup jurnalisti ilə görüşdə İsrail Knessetinin sədr müavini Hilik Bar deyib.

O qeyd edib ki, iki ölkənin bir-birindən öyrənməli olduğu cəhətlər mövcuddur: "Əminəm ki, hər bir hökumət bu siyasəti dəstəkləyər. Azərbaycan kimi müttəfiqimizin olmasına şadıq. İsraildə qatı sol və ya sağçı olmasından asılı olmayaraq, bütün partiyalar Azərbaycanla əlaqələrin əhəmiyyətini anlayır. Bu əlaqələrə qarşı çıxan partiya tanımıram. Azərbaycana səfər edərkən özümüzü təhlükəsiz hiss edirik".

H.Bar bildirib ki, yəhudilər Azərbaycanda özlərini təhlükəsiz hiss edirlər: "Çox az ölkədə yəhudilərə, o cümlədən ümumilikdə milli azlıqlara belə tolerant münasibət var. Azərbaycan hətta, çətin zamanlarda belə yəhudiləri, onların mədəniyyətini, sinaqoqlarını qorumağa qadir olduğunu sübut edib. Hesab edirəm ki, bunu bacaran istənilən ölkə güclü ölkədir. Yəhudilərin Azərbaycanda təhlükəsiz şəraitdə yaşamasına və öz dinlərinə sitayiş etmələrinə imkan yaratdığına görə Azərbaycana bütün Knesset adından təşəkkür edirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi