İsrail kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək imkanlarını nəzərdən keçirir

İsrail kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək imkanlarını nəzərdən keçirir Bakı. 20 dekabr. REPORT.AZ/ İsrailin ölkəmizdəki səfiri Dan Stav Azərbaycanın cənub-qərb bölgəsinə səfəri çərçivəsində Ağcabədi rayonunda olub.
Xarici siyasət
20 Dekabr , 2017 17:14
İsrail kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək imkanlarını nəzərdən keçirir

Bakı. 20 dekabr. REPORT.AZ/ İsrailin ölkəmizdəki səfiri Dan Stav Azərbaycanın cənub-qərb bölgəsinə səfəri çərçivəsində Ağcabədi rayonunda olub.

Bu barədə "Report"a İsrailin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Səfər zamanı səfir Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla görüşüb, Ağcabədi rayonunun iqtisadi inkişafı barədə məlumat alıb.

Tərəflər İsrail Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Əməkdaşlığın İnkişafı Agentliyi (MAŞAV) vasitəsilə kənd təsərrüfatı və insan potensialının yüksəldilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, D.Stav Ağcabədidə iqtisadi fəaliyyət haqqında məlumat əldə etmək üçün bir sıra obyektlərdə də olub. Həmçinin İsrail səfiri Folklor Muzeyini, Qarabağ Muğam Mərkəzini ziyarət edib və Azərbaycanın zəngin mədəni irsinin qorunması üçün atılan addımlara heyran qalıb.

Son xəbərlər

Orphus sistemi