İsrailin baş naziri Azərbaycana rəsmi səfərə yola düşüb

İsrailin baş naziri Azərbaycana rəsmi səfərə yola düşüb Binyamin Netanyahunun Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparması, yəhudi icmasının nümayəndələri ilə görüşməsi planlaşdırılır
Xarici siyasət
13 Dekabr , 2016 10:04
İsrailin baş naziri Azərbaycana rəsmi səfərə yola düşüb

Bakı. 13 dekabr. REPORT.AZ/ İsrail baş naziri Binyamin Netanyahu Azərbaycan və Qazaxıstana rəsmi səfər üçün yola çıxıb.

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, səfər zamanı onu ekologiya naziri Zeev Elkin müşayiət edəcək.

Bakıya səfəri zamanı B.Netanyahunun Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparması, yəhudi icmasının nümayəndələri ilə görüşməsi planlaşdırılır.

Dekabrın 14-də isə İsrail hökumətinin başçısı Qazaxıstana gedecək. Burada o, prezident Nursultan Nazarbayevlə danışıqlar aparacaq. Görüş zamanı kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması gözlənilir.

Son xəbərlər

Orphus sistemi