Yuxarı
    Bağlamaq

    Səfir: "İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

    Azərbaycanda yaşayan yəhudilər heç vaxt ayrı-seçkiliyə məruz qalmayıblar və cəmiyyətin bir hissəsi kimi yaşayırlar

    Bakı. 4 may. REPORT.AZ/ "Azərbaycanla İsrail arasında əlaqələr əladır və mən bunu tam səmimi deyirəm".

    "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

    Onun sözlərinə görə, iki ölkə və insanları arasında əlaqələrin intensifikasiyası mühümdür: "Azərbaycanda yaşayan yəhudilər heç vaxt ayrı-seçkiliyə məruz qalmayıblar və cəmiyyətin bir hissəsi kimi yaşayırlar".

    Səfir Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq bildirib ki, bütün siyasi münaqişələr sülh yolu ilə həllini tapmalıdır: "İsrail dövləti Azərbaycanın münaqişə ilə bağlı mövqeyini və ərazi bütövlüyünü dəstəkləyir. Biz həmçinin ATƏT-in Minsk qrupunun səylərini də dəstəkləyirik". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi