Yuxarı

​İsrail Azərbaycanı terror təhlükəsi gözlənilən ölkələr siyahısında saxlayıb

Yəhudilərə Azərbaycana gəlməmək xəbərdarlığı edilib

Bakı. 25 Avqust. REPORT.AZ/ İsrailin Terrorla Mübarizə Qərargahı sentyabrın 13-də yəhudilərin "Yeni il"indən başlayaraq oktyabrın 5-də Sukkot ilə başa çatan payız bayramları ərəfəsində xarici səfərlərə gedən israillilərə növbəti xəbərdarlığını edib.

"Report" xəbər verir ki, Qərargahın məlumatında qeyd olunur ki, bütün xəbərdarlıqlar dəqiq, etibarlı kəşfiyyat məlumatlarına əsaslanır və özündə real təhlükəni əks etdirir.

Xəbərdarlıq 27 ölkəyə aiddir. Onlardan səkkizi sərhəd bölgələr, həmçinin altısı getməsi qanunla qadağan olunan ölkələrdir. Ümumilikdə israillilərə dünyanın 193 ölkəsindən 41-nə getmək tövsiyyə edilmir və ya qadağan olunur.

Qərargah tərəfindən İran, Livan, Liviya, Sudan, Somali, Suriya, İraq, Səudiyyə Ərəbistanı və Yəməndə təhlükə səviyyəsi "olduqca yüksək" müəyyən edilib. İran, Livan, Suriya, İraq, Səudiyyə Ərəbistanı və Yəmənə getmək israillilərə qanunla qadağan olunub.

"Yüksək təhlükə səviyyəsi", həmçinin Əlcəzair, Cibuti, Mavritaniya, Tunisdə müşahidə olunur.

Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, İordaniya, Küveyt, Misir və Qətər "Mövcud təhlükə səviyyəsi" olan ölkələr siyahısına daxil edilib.

Əfqanıstan, İndoneziya, Burkina-Faso, Fil Dişi Sahili, Toqo, Mali, Malaziya, Pakistanda "Təhlükə səviyyəsi çox yüksək"dir.

Azərbaycan, Nigeriya, Keniya və Türkiyədə israillilər üçün daimi potensial təhlükə səviyyəsi qalmaqdadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi